Arazdəyəndəki zavod haqda gerçək üzə çıxdı – Sahibi bilindi

Ermənilərin Arazdəyəndə tikdirdiyi metallurgiya zavodu ilə bağlı faktlar üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, Ermənistan KİV zavodun investorlarının kimliyi barədə yazı yayımlayıb.

Belə ki, hər iki investorun milliyyətcə erməni olduğu bildirilir. Bununla yanaşı, investisiya şəxsidir və dövlət təyinatlı sayılmır. Üstəlik, adı çəkilən GTB STEEL LLC şirkəti Şri-Lankaya məxsusdur.

Qeyd edək ki, ötən gün Naxçıvanla sərhəddə Arazdəyən istiqamətində tikilməkdə olan metallurgiya zavodunun ərazisində Ermənistan və ABŞ bayraqları ucaldılıb.

Ermənistan bir müddətdir ki, ABŞ-ın bu zavodun tikintisinə 70 milyon dollar yatırdığını iddia edirdi.

Tamerlan Yayaqan
Globalinfo.az