nBkSUhL2h1EhmcaxIr6BrNOp2Z318Ji mifGnuWR9mOBdDebBizCnTY8qdJf6ReJ58vU9meMMok3Ee2nhSR6ISeO9G1N wjJT WEfWLEEjPpiPXU25O fg

İranla ABŞ arasında keçirilən dolaylı danışıqların ilk mərhələsinin başa çatmasının ardından İranın xarici işlər naziri Abbas Araqçı ilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında qısa görüş baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi yazılı məlumat yayıb.

Açıqlamada bildirilir ki, Araqçı və Uitkoff bir neçə dəqiqəlik söhbət aparıblar. Görüşdə Omanın xarici işlər naziri Bədr bin Hamed əl-Busaidi də iştirak edib.

Açıqlamada tərəflər arasında baş tutan bu qısa görüşün dəqiq müddəti, formatı və məzmunu barədə əlavə məlumat verilməyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: