İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri Abbas Araqçı və Feysal bin Fərxan əl Səud arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, tərəflər Qəzza və Livandakı situasiyanı müzakirə ediblər.
Telefon danışığı zamanı nazirlər müsəlman ölkələrin bu məsələdə vahid mövqe tutmalı olduğunu vurğulayıblar.
İran televiziyalarının məlumatına görə, XİN rəhbəri Səudiyyəyə ölkəyə İsrail zərbəsini qınadığı üçün təşəkkür edib.
Əliyar Xəlil
Globalinfo.az