İran xarici işlər naziri Abbas Araqçı Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İrna” məlumat yayıb.
Qeyd edək ki, görüş Araqçının Suriyadan sonra Türkiyəyə səfər çərçivəsində baş tutub.
***09:50
İranın xarici işlər naziri Abbas Araqçı Türkiyəyə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Onun Türkiyəyə Suriyadan gəldiyi bildirilib.
Araqçının bu gün Ankarada Türkiyənin yüksək vəzifəliləri ilə görüşü planlaşdırılır.
Qeyd edək ki, iranlı nazir Dəməşqdə Suriya Prezidenti Bəşşar Əsədlə görüşüb və tam dəstəyini ifadə edib.