Araiklə bağlı ikibaşlı xəbərlər yayılmağa başladı – Nə baş verir?

Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisindəki separatçı-terrorçu rejimin “lider”i Araik Arutyunyanın Xankəndidə olmaması ilə bağlı iddialar artmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, Arutyunyanın dünən Xankəndidə Laçın yolu ilə əlaqədar geniş tərkibli “iclas” çağırması belə şübhələri aradan qaldırmağa kifayət etməyib. Xüsusilə Arutyunyanın Laçın yolunda yaranan vəziyyətlə bağlı heç bir canlı bağlantı qurmaması da şübhələri dərinləşdirib.

“Hraparak” qəzetinin iddiaları isə Arutyunyan haqda şübhələri bir qədər də artırıb. Məlumata görə, dekabrın 6-dan Fransada olan separatçı “lider” dekabrın 11-də İrəvana qayıdıb, lakin həmin tarixdə oranı tərk etməyib. Ermənistan paytaxtında qalmaq qərarı verən Arutyunyanın Paşinyanla görüşməyə çalışdığı qeyd olunub.

Qəzet özünün mənbələrinin Arutyunyanın Xankəndidə olmadığı haqqında məlumat verdiyini bildirib. Bununla belə, gecə yarısı geniş tərkibli “iclas” çağıran Arutyunyanın Xankəndidə olub-olmaması hələ də sual olaraq qalır.

Gülnar Səlimova
Globalinfo.az