Araikin istefa ərizəsi yayıldı – FOTO

Bir müddətdir “istefası” ilə bağlı xəbərlər yayılan Arayik Arutyunyan nəhayət ki, müvafiq addımı atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində informasiya yayılıb.

Belə ki, sosial şəbəkələrdə separatçıların başçısının istefa ərizəsinin fotosu yayılıb.

Qeyd edək ki, Arayik Arutyunyanın “istefa” niyyətində olması barədə xəbərlər avqustun ortalarından başlayaraq yayılmağa başlayıb. Buna qədər isə onun Qarabağdakı biznesini əlindən çıxardığı və qaçmağa hazırlaşdığı, hətta ailəsinin çoxdan bölgəni tərk etdiyi bildirilirdi.

Zaira Akifqızı
Globalinfo.az