Araikin Bakı həbsxanasında gülən fotosunu görəndə… – Arutunyan

“Artsax”ın “liderləri”nin Bakı həbsxanasında saxlanıldıqlarını görəndə böyük ağrı hiss etdim. Lakin onların şəkillərdə gülməsi daha böyük ağrıdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai xadim Qaqik Arutunyan deyib.

“Həmin insanları sevib-sevməməyimizdən asılı olmayaraq, onlar “artsax”ın “liderləri” olublar. Ermənistanda heç kim eyni taleyi yaşamaqdan sığortalanmayıb. Tezliklə vətənlərinə qayıtmalarını arzu edirik”, – o bildirib.

Qeyd edək ki, ötən gün Bakıda həbsdə olan separatçıların fotoları yayılıb.

Safura Bənnayeva
Globalinfo.az