Araikin adı məşhur siyahıya salındı – FOTO

Separatçıların keçmiş başçısı Araik Arutyunyan Ukraynanın “radar”ına düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV yazıb.

Belə ki, separatçının adı Rusiyanın aqresiyasına dəstək verənlərin siyahısına (“sülhməramlı”) salınıb.

Buna səbəb Arutyunyanın qondarma Donetsk və Luqansk respublikalarının müstəqillik qərarını dəstəkləməsi olub.

O, 2022-ci ildə Vladimir Putinə müraciət edərək müvafiq qərarı alqışladığını bildirib.