Araikdən ŞOK ETİRAFLAR: Bakı ilə danışdıq, razılıq əldə olundu – Xankəndi silkələnir – VİDEO

***
12:12

Xankəndidəki separatçıların “lider”i Araik Arutyunyan Ruben Vardanyana qarşı fəaliyyətini genişləndirib.

Globalinfo.az xəbər verir ki, Xankəndini tərk etməzdən əvvəl ermənilərlə görüş keçirən Arutyunyan Vardanyanın Bakı ilə bütün danışıqların dayandırılması barədə tələbini qətiyyətlə rədd edib. Bunun qarşılığında o, Bakı ilə sülhməramlıların vasitəsilə görüşlərin keçirilməsi gərəkdiyini bildirib.

Arutyunyan Qarabağda referendumun keçirilməsinin hazırda real olmadığını, buna görə də birbaşa görüşlər keçirməklə əhalinin Bakı ilə danışıqlar barədə fikrini öyrənmək istədiyini söyləyib. O, əhalidən danışıqlar üçün dəstək almaq istədiyini və sabah hər hansı addım atacağı zaman özünün satqınlıqda günahlandırılmamasına çalışdığını etiraf edib.

Ətraflı videoda:

İlkin Həsənov
Globalinfo.az