Araik yalvarmağa başladı: məkrli Xankəndi planı bilindi

Bakının Xocalı həmləsindən sonra Xankəndidəki separatçılar arasında təşviş başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet Rusiya sülhməramlılarının Qarabağdan çıxacağı halda buradakı ermənilərin də onlarla birgə gedəcəyini bildirib. Bununla belə, separatçılar sülhməramlıların bölgədə qalması üçün artıq xüsusi plan da fikirləşməyə başlayıb. Belə ki, terrorçubaşı Araik Arutyunyanın 1500 sülhməramlının öz ailələrini Rusiyadan Xankəndiyə gətirməsi üçün hər şeyi etdiyi qeyd edilib. Bunun üçün onun hətta Rusiyanın yuxarı instansiyalarına müraciət etdiyi və guya razılıq aldığı vurğulanıb.

İlkin
Globalinfo.az