Araik və Saakyan Bakıda nəyə gülür?

“Araik Arutyunyan və Bako Saakyanın Bakı həbsxanasında niyə güldüyünü başa düşmək olmur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni jurnalist Oskan Sərkisyan deyib.

“Onlara rəğbət bəsləmirəm, amma Bakı həbsxanasında olmaqlarını istəməzdim. Ermənistanın növbəti hakimiyyəti onları İrəvanda mühakimə edərək, kimlə əməkdaşlıq etdiklərini, kimin sifarişi ilə “artsaxı” təhvil verdiklərini öyrənməlidir”, – O.Sərkisyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az