Araik tarix verdi: Taleyimiz həll olunacaq

Xankəndidəki separatçılar növbəti dəfə mitinq keçirəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində yazılıb.

Qeyd olunur ki, separatçıların başçısı Araik Arutyunyan insanların qarşısına çıxaraq açıqlama verib.

O, sabah qondarma “təhlükəsizlik şurasının” geniştərkibli “iclasının” keçiriləcəyini bildirib.

“Sabah Qarabağın taleyi həll olunacaq”, – o qeyd edib.