Araik neçə maddə ilə ittiham edilir? – RƏSMİ

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilən separatçıların keçmiş lideri Araik Arutyunyana Cinayət Məcəlləsinin 9 maddəsi üzrə iş açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

“Bu il oktyabrın 3-də Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda deyilib.