“Araik Arutyunyan öz “istefası” da daxil olmaqla “Artsax”da (məhv olmuş qondarma rejim – red.) baş verən hər şey haqda Ermənistanın Baş naziri Nikol Paşinyanı bir-bir məlumatlandırıb”.
Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin separatçılarından olan Aşot Qulyan deyib.
Onun sözlərinə görə, Arutyunyan heç bir məlumatı Paşinyandan gizlətmirdi:
“Ermənistan hakimiyyəti “artsax”ın süqutundan 3-4 gün əvvəl hər şeydən xəbərdar idi. Araik heç nəyi onlardan gizlətmirdi. İndi hökumət açıq şəkildə Ermənistana köçən “artsaxlıların” da geri qayıtmasını istəmir. Bu, onların maraqlarına uyğun deyil”.
Qeyd edək ki, Nikol Paşinyan sentyabrda keçirilən antiterror əməliyyatlarından öncə Qarabağda baş verənlərlə bağlı o qədər də məlumatının olmadığını, proseslərin ondan əlaqəsiz şəkildə irəlilədiyini bildirirdi.
Ayşən Mustafa
Globalinfo.az