Araik Azərbaycan vətəndaşı olmaq istəyir – ŞOK İFADƏ

Araik Arutyunyan Azərbaycanda qalmaq və ölkəmizin vətəndaşı olmaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bez Tormozov” Teleqram kanalı məlumat paylaşıb.

Araik Arutyunyan bu barədə Bakıda müstəntiqlərə verdiyi iddia edilən ifadəsində deyib.

“Araik özünü “həssas” aparır, hətta cəzasını çəkdikdən sonra Azərbaycan vətəndaşı kimi həyatını davam etdirmək istəyir. O, hazırda İrəvanda olan üç qızı və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bildirib”, – deyə məlumatda qeyd edilib.