Araik İrəvana çağırılır: hansı yolla gedəcək?

Ermənistanın İstintaq Komitəsi 44 günlük müharibə ilə bağlı separatçı Araik Arutyunyanı da dindirməyə qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Belə ki, istintaq komitəsinin rəhbəri N.Paşinyandan sonra bir sıra vəzifə sahiblərini dindirməyi planlaşdırır. İlk növbədə isə A.Arutyunyanın dindirilməsi gündəmdədir.

İstintaq komitəsini narahat edən tək məqam isə onun Qarabağı necə tərk edəcəyidir.

Tamerlan Yayaqan
Globalinfo.az