İranlı və türkiyəli idmançıların əlbəyaxa davası – VİDEO

Türkiyənin Antalya şəhərində keçirilən güləş turniri zamanı iranlı və türkiyəli idmançılar arasında dava olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Teleqram” kanalı məlumat verib.

İran və Türkiyə yığmalarının üzvləri türkiyəli Yüksel Sarıçiçək ilə iranlı Məhəmməd Muxtari arasında keçirilən qarşılaşma əlbəyaxa davaya çevrilib. Zaldakı tamaşaçılar da həmçinin tatami üzərinə çıxıblar.

Hakimlərin qərarı ilə hər iki idmançı diskvalifikasiya edilərək yarışdan kənarlaşdırılıb.