Aqil Abbas 70 yaşında özünə nə arzu etdi?

“Bu günə kimi Allahdan nə istəmişəmsə, hamısı olub”.

Bu sözləri Globalinfo.az-a bu gün 70 yaşı tamam olan millət vəkili Aqil Abbas deyib.

O, Ağdamı abad görməyi arzu edib:

“Bundan sonra arzu edirəm ki, Ağdamı yenidən keçmişdəki kimi şux, insanları ilə abad şəkildə görüm. Mən əvvəlki Ağdamı istəyirəm. Övladlarıma, nəvələrimə sağlam can, xoşbəxtlik, dostlarıma uğurlar, millətimə qələbə arzu edirəm”.

Zaira Akifqızı
Globalinfo.az