Ermənilərin məşhur “abidəsi” Hərbi Qənimətlər Parkına gətirilir? – AÇIQLAMA

Qarabağdakı separatçıların Şuşanın girişinə “qələbə” simvolu kimi qoyduqları tankın götürülməsi ilə bağlı görüntülər yayılıb. Artıq məhv olmuş bu “abidənin” yaxın vaxtlarda Hərbi Qənimətlər Parkına gətiriləcəyi iddia edilir.

Məsələ ilə bağlı Hərbi Qənimətlər Parkından Globalinfo.az-a bildirilib ki, hazırda bu barədə dəqiq məlumat yoxdur:

“Əgər Hərbi Qənimətlər Parkına gətirilərsə, biz mütləq rəsmi məlumat yayacağıq”, – açıqlamada qeyd edilib.

Xatırladaq ki, saxta tank “abidəsi” Azərbaycana məxsus texnika tərəfindən oradan götürülüb.

Zaira Akifqızı
Globalinfo.az