Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun I Qarabağ müharibəsində vurduğu erməni tankı Qənimətlər Parkına gətirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında video paylaşılıb.
Qeyd edək ki, Şuşa şəhərinə girmək istəyən bu ilk tankı Milli Qəhrəman Albert Aqarunov məhv etmişdi. 1992-ci ildəki işğaldan sonra isə ermənilər həmin tankı bərpa edərək, Şuşa şəhərinin girişində “qələbə simvolu” olaraq abidə kimi qoymuşdu. Bu gün isə həmin “tank abidəsi” demontaj olundu.