Aparıcımızın Laçında erməni qıza dediyi bu söz gündəm oldu – VİDEO

İctimai TV Qarabağı tərk edən erməni sakinlərin “Laçın” postundan keçməsi ilə bağlı reportaj hazırlayıb.

Globalinfo.az xəbər verir ki, ərazidən keçən erməni qız yolu tapmaqda çətinlik çəkib. Bu an ona İTV-nin əməkdaşı Aytən Şükürova kömək edib. O, erməni qıza “düz get” deyərək istiqaməti göstərib.

Aparıcının bu ifadəsi sosial şəbəkədə gündəmə çevrilib. Şəbəkə istifadəçiləri bildiriblər ki, bu, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərə deyilmiş sərrast ifadədir.

Hazırda sözügedən video #düzget haştaqı ilə paylaşılır.