ABŞ Prezidenti Donald Tramp atışmadan sonra həbs edilən şübhəli Kol Allenin ona qarşı irəli sürdüyü ittihamları səsləndirən aparıcıya qəzəblənib.
Globalinfo.az xəbər verir ki, olay Ağ Ev rəhbərinin “CBS” telezisiyasına müsahibəsi zamanı yaşanıb.
Aparıcı Norah O’Donnell Kol Tomas Allenin Tramp haqda danışarkən ” təcavüzkar, pedofil ” kimi ifadələrdən istifadə etdiyini deyib.
“Mən təcavüzkar deyiləm, heç kimə təcavüz etməmişəm, pedofil deyiləm”, – deyən Tramp əsəbiləşib.
O, şübhəlinin haqqındakı ifadələrini “xəstə insanın boşboğazlığı” adlandırıb və aparıcıya bunları ucadan oxuduğuna görə utanmalı olduğunu bildirib.
“Bu hissəni oxuyacağınızı gözləyirdim. Çünki siz dəhşətli insanlarsınız”, – D.Tramp iddiaları rədd edib.
Qeyd edək ki, Allen D.Tramp haqda danışarkən, “Artıq əllərimin pedofil, təcavüzkar və xainin cinayətləri ilə ləkələnməsinə icazə verməyəcəyəm”, deyib.
Xatırladaq ki, 25 aprel axşamı Ağ Ev Müxbirləri Assosiasiyasının “Vaşinqton Hilton” otelində keçirilən qala şam yeməyi zamanı atışma baş verib. Bu, Trampa qarşı yeni sui-qəsd cəhdi hesab olunur.
Əliyar Xəlil
Globalinfo.az