Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı… – Nazir

Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında və keyfiyyətlə icra olunacaq.

Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu istiqamətdə sosial təminat və digər tədbirlər həyata keçiriləcək:

“Nazirliyin bütün müvafiq qurumları ailələrlə görüşlərə başlayıblar, müvafiq sənədlər toplanır. Qısa müddətə bütün sosial hüquqlar təmin ediləcək”.