Antalya sahillərində naməlum 5 meyit tapıldı

Antalyanın Manavqat rayonundakı çimərlikdə cinsiyyəti məlum olmayan iki meyit tapılıb.

Globalinfo.az xəbər verir ki, hadisə yerinə jandarma, sahil təhlükəsizlik və sağlamlıq qrupları sövq edilib. Cinsiyyəti müəyyən edilə bilməyən meyitlər müayinədən sonra Antalya Tibb Qurumuna aparılıb.

Qeyd edək ki, son 4 gündə şəhərin müxtəlif yerlərində ümumilikdə 5 meyit aşkarlanıb.