Paşinyanın arvadı “soyqırımı” abidəsində belə qarşılandı – VİDEO

Ermənistanın birinci xanımı Anna Akopyan İrəvanda “erməni soyqırımı” abidəsini ziyarət edərkən etirazla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, Anna Akopyan qızı ilə birlikdə abidəni mühafizəçilərin müşayiəti ilə ziyarət edib.

Abidəni ziyarət üçün gələn insanlar A.Akopyanı “satqın Nikol”, “Nikol soyqırımı” şüarları ilə qarşılayıblar.

Ermənistanın birinci xanımı mühafizəçilərin yolu açması nəticəsində abidəyə yaxınlaşıb və gül qoya bilib. Daha sonra qızı ilə birlikdə məkanı tərk edib.

Ayşən Mustafa
Globalinfo.az