“Məişət zorakılığı məsələsini gündəmə gətirdikdən sonra həyatımın təhlükədə olduğunu hiss edirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş xanımı Anna Akopyan deyib.
“Ümid edirəm ki, dövlət xidmətləri belə bir şeyin qarşısını ala biləcəklər, çünki Baş nazirin həyat yoldaşı zorakılığın qurbanı olsaydı, bu, ölkənin nüfuzuna böyük zərbə olardı”, – deyə o bildirib.
Akopyan qadınları zorakılığa susmamağa çağırıb:
“Yalnız biz bir-birimizə kömək edə və bir-birimizi qoruya bilərik. Bu fenomen barədə cəsarətlə danışmağa başlamalı, ailələrimizdə zorakılığa artıq dözməyəcəyimizi bəyan etməliyik. Hamımızı eyni anda zorla susdurmaq mümkün olmayacaq. Qorxmayın. Ən pisi artıq başımıza gəlib. İllərlə psixoloji, fiziki, maliyyə və cinsi zorakılıq şəraitində yaşamışıq. Bu, artıq dözməyəcəyimizi açıq şəkildə bəyan edərək, çıxmalı olduğumuz bir kabusdur”.
Əliyar Xəlil
Globalinfo.az