Qazaxın kəndləri üçün iki variant var – Üçüncüsü isə…

Son günlər Azərbaycan Ermənistanla sülh prosesi çərçivəsində Qazaxın 7, Naxçıvanın Kərki kəndi (anklav və eksklavlar) məsələsini aktuallaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib ki, Ermənistan 8 kəndi qaytarmalıdır.

Maraqlıdır, anklav və eksklavlarla bağlı məsələ necə tənzimlənəcək? Ümumiyyətlə, Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşündə bu məsələ müzakirə edilə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Qranadada Paşinyan 86.6 km-lik ərazimizi bu dəfə sənədə imza ataraq tanıyıb:

“Bu isə sözügedən kəndlərlə bağlı məsələdə İrəvanın manevr imkanlarını daha da daraldacaq. Beynəlxalq praktikada bu cür ərazilərin həlli ilə bağlı iki yanaşma var.

1. Mübahisəli ərazilərin qarşılıqlı şəkildə dəyişdirilməsi;

2. Ərazilərdən imtina;

Zaur Məmmədov

Prezident Şarl Mişellə telefon danışığı zamanı həm də Fransanın addımlarını ciddi tənqid edərək, Parisin Ermənistana silah satacağı halda bölgədə baş verəcək proseslərə görə məsuliyyət daşıyacağını bildirib.

Ümumi götürdükdə hiss olunur ki, Şarl Mişelin son bəyanatları Bakının yadından çıxmayıb və ona rəsmi Parisin təsirləri ilə davranmamaq məsləhət görülüb.
Beləcə, Azərbaycan və Ermənistan liderləri arasında görüş mümkündür, bunun üçünsə sağlam mühit yaradılmalıdır və Bakıya qarşı tənqid dayandırılmalıdır”.

Turan Rzayev
Globalinfo.az