Bu gün Türkiyənin vasitəçiliyi ilə Ankarada Somali və Efiopiya arasında növbəti danışıqlar baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Nazirlikdən bildirilib ki, görüş nəticəsində tərəflərin mövqelərində yaxınlaşma qeydə alınıb.
Danışıqların üçüncü turunun 17 sentyabrda Ankarada baş tutacağı qeyd olunub.