Ankarada sənaye sahəsindəki güclü yanğın davam edir – VİDEO / YENİLƏNİB

Türkiyənin paytaxtı Ankaranın sənaye bölgəsində təkər anbarında gündüz başlayan yanğın hələ də davam edir.

Globalinfo.az xəbər verir ki, güclü küləyə baxmayaraq yanğının lokallaşdırıldığı və nəzarət altına alındığı bildirilir.

***

Türkiyə paytaxtı Ankaranın Yeniməhəllə rayonunda avtomobil şinləri və tullantıların yerləşdiyi sənaye sahəsində güclü yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, günorta saatlarında naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyərək geniş əraziyə yayılıb.

Əraziyə 80-ə yaxın yanğınsöndürən maşın cəlb edilib, yanğının söndürülməsi sahəsində işlər aparılır.

Şəhərin müxtəlif yerlərindən görünən yanğın nəticəsində səmada sıx tüstü təbəqəsi əmələ gəlib.

Hadisə zamanı iki avtomobilin yandığı bildirilir.

Hələlik hadisə nəticəsində həyatını itirən və ya yaralananlar barədə məlumat yoxdur.

Rəsmi açıqlama gözlənilir.