Agstafa 27 SENTYABR 1

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi təsis olunmasının beşinci ildönümünü ağstafalılar da böyük fəxarət hissi ilə qeyd ediblər. 

Globalinfo.az-ın xəbərinə görə, belə ki, rayon ictimaiyyəti tərəfindən Ağstafa rayon Şəhidlər Xiyabanı və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

Anım tədbirlərində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Saat 12:00-da Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Agstafa 27 SENTYABR 2Agstafa 27 SENTYABR 3Agstafa 27 SENTYABR 4Agstafa 27 SENTYABR 5Agstafa 27 SENTYABR 6Agstafa 27 SENTYABR 7Agstafa 27 SENTYABR 8Agstafa 27 SENTYABR 9Agstafa 27 SENTYABR 10Agstafa 27 SENTYABR 11

Paylaş: