Anası Röyadan 7000 dollar istədi, Xalq artisti səbəbini 3 gün sonra bilib şok oldu – VİDEO

Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu verilişlərin birində anasının ondan 7 000 dollar istədiyini bildirib.

Xalq artisti vurğulayıb ki, bu pulu valideyninin ürək əməliyyatı olunması üçün istədiyini bir neçə gün keçdikdən sonra bilib:

“Anam mənə uzun mesaj yazıb. Açmışam mesajını, oradan-buradan oxumuşam. Bir də yeddi min dollar sözünü gördüm. Prodüserim Kənana söylədim ki, tez yeddi min dolları göndər. Anam evin böyük bacısıdır. Dedim, yəqin, bacılarına istəyir.

Anam hər zaman mənə səhərlər yazır. Baxıram ki, mənə heç nə yazmayıb. Hər gün məndə bir duası olmalıdır. Dualarla söz göndərir. İki-üç gün keçdi, yenə mənə yazmadı. Zəng vurdum anama, amma telefonu xalam qızı götürdü.
Sual verirəm ki, Telli xanımın başı yaman qarışıqdır, nə əcəb mənə yazmır? Xalam qızı isə cavabında dedi ki, Telli xanım ürəyindən əməliyyata girib. Ürəyinin klapanlarını yenə dəyişirlər. Mən isə onun mesajında 7 000 dolları nəyə görə istədiyini oxumamışam.

Deyirəm ki, Allah mənim kimi qızı öldürsün. Ayıldıblar anamı, onunla danışmışam. Deyirəm ki, çox üzr istəyirəm. Sual verir ki, bəs səndən 7 000 dolları istəyəndə nə zənn etdin?

Utandım deməyə ki, ancaq 7 000 dolları oxumuşam (gülür). Ondan sonra dedim ki, bitdi, mənə yalnız səsli mesaj göndərəcəksən, yazmayacaqsan”.