Anar Məmmədovun 85 milyonluq biznesi – FOTO

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Virciniya adalarındakı tək bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahibdir.

Globalinfo.az Pravda-ya istinadən xəbər verir ki, sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur. Onun şirkəti Britaniyanın şimal-qərbində 22 restorandan ibarət KFC franchise şəbəkəsinə sahibdir.