Anar Məmmədlinin bu gün məhkəməsi olacaq

Ötən gün polis tərəfindən saxlanılan Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli bu gün məhkəmə qarşısına çıxarılacaq. 

Globalinfo.az bildirir ki, bu barədə Lent.az-a Anar Məmmədlinin vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, A.Məmmədli Xətai rayon Polis İdarəsinə saxlanılır:

“Hələ müvəkkilimlə görüşməyə icazə verilməyib. Məndə olan məlumata görə, Anar Məmmədli Xətai rayon Polis İdarəsində saxlanılır. Bu gün məhkəməyə çıxarılma ehtimalı var”.

Xatırladaq ki, Anar Məmmədli ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb. Polislər onun evində axtarış aparıb.