Anar Əkrəm Əylislinin şərəfinə badə qaldırıb bunları dedi – FOTO

“Bu gün dəyərli dostumuz, bütün yaradıcılığı sirr içində sirr olan xalq yazıçısı Kamal Abdullanın doğum gününü qeyd etdik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tanınmış şair Rüstəm Behrudi deyib.

Onun sözlərinə görə, xalq yazıçısı, AYB sədri Anarın təbriki maraqlı olub:

“Anar müəllim Elçin Əfəndiyevi Türkiyədə aldığı mükafatdan dolayı təbrik edib, “qədim, köhnə dostu, böyük yazıçı” (bu sözlər Anar müəllimə aiddir – R.B.) Əkrəm Əylislinin də bu il 85 yaşı olduğunu xatırladıb, şərəfinə badə qaldırdı! Bu sağlıq mənim üçün gecənin ən maraqlı anlarından biri idi”.

Xatırladaq ki, AYB sədri Anarla yazıçı Əkrəm Əylisli uzun illərdir küsülüdürlər. Onlar indiyə kimi mətbuatda bir-birilərinin ünvanına kəskin ifadələr səsləndiriblər. Əkrəm Əylislinin “Daş yuxular” romanından sonra bu münasibətlər daha da kəskinləşib. Ona görə də Anarın Ə.Əylisli haqda xoş sözlər söyləməsi, şəninə sağlıq deyib, badə qaldırması xeyli maraqla qarşılanıb.

Zaira Akifqızı
Globalinfo.az