Yalan xəbərlər yayılıb, inanmayın! – Anar

“Çingiz Abdullayevin vəziyyətinin ağır olması haqda yayılan xəbərlərə inanmayın”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev Xalq yazıçısı Ç.Abullayevin səhhəti ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayev tezliklə işə çıxacaq:

“Hazırda özü zənglərə cavab verməsə də, ailəsi və sürücüsü ilə əlaqə saxlayırıq. Şükür Allaha, Çingizin vəziyyəti yaxşıdır. Kim deyirsə “vəziyyəti ağırdır” inanmayın, yalandır. Hətta bazar ertəsi işə çıxacaq”.

Qeyd edək ki, mediada Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyətinin ağır olduğuna dair məlumatlar yayılıb.

Zaira Akifqızı
Globalinfo.az