Ananyan: “Türk dünyası Ermənistana hərbi cəza verdi”

“Ermənistan hökumətinin təbliğat kampaniyası apardığı “sülhün kəsişməsi layihəsi” Azərbaycanla Türkiyə arasındakı üfüqi yolların açılmasını nəzərdə tutur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Davit Ananyan deyib.

D.Ananyan İrəvan üçün bu yolların açılmasının çox vacib olduğunu bildirib:

“Ermənistan Şimal-Cənub dəhlizinin 4-cü və 5-ci hissələrinin tikintisindən daha çox bu layihəyə önəm verir. Layihə isə Azərbaycan və Türkiyə arasında yolların açılmasını nəzərdə tutur. Əslində bu layihə Türk dünyasının İrəvana verdiyi hərbi cəzadır. Yəni məğlub tərəf bu yolu açmağa məcburdur və prosesi öz əsas gündəliyi kimi təqdim etməlidir. Nəticədə Türk dünyası Ermənistandan birləşmək üçün istifadə edir. Ölkə bir növ ələk rolundadır, parçalana bilər. Ermənistan beynəlxalq güclərin öz maraqlarını güddüyü bir platformaya çevrilib. Bizim səhv siyasətimiz nəticəsində Rusiya da Türk dünyasına istiqamətlənməyə başladı”.

Ayşən Mustafa
Globalinfo.az