ANAMA sədri: “Ermənilər minaladıqları ərazilərə xeyli miqdarda metal qırıntıları səpiblər”

“Ermənilər minaladıqları ərazilərə bilərəkdən xeyli miqdarda metal qırıntıları, mismar qalıqları səpiblər”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Qurum sədri bildirib ki, Azərbaycanın minatəmizləyənləri mina təmizləmə işinə başlayan zaman ermənilərin daha bir mənfur əməlləri ilə üz-üzə qalıb:

“Belə ki, onlar işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsini çətinləşdirmək üçün bir çox əngəllər törədiblər və həmin ərazilərə metal qırıntıları səpiblər”.

“Ərazilərə səpilən metal qalıqları minatəmizləmə işlərinə çətinlik yaradır və mina detektorlarının işini ləngidir”- V.Süleymanov vurğulayıb.