ANAMA kollektivi Ümummilli Liderin məzarını ziyarət etdi

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Globalinfo.az xəbər verir ki, müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, şərəfli ömrünü Azərbaycanın hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyublar.