9-cu mərtəbədən yıxılan ana və qızının FOTOSU

Ötən gün Qaradağ rayonunun Sahil qəsəbəsində ana və qızı yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılıb. Hadisə nəticəsində Pərvanə Tarverdiyeva vəfat edib, yeniyetmə qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, evin balkonunda aynaları silərkən ehtiyatsızlıqdan pəncərədən yıxılan ana və 15 yaşlı qızı qonşularına məxsus avtomobilin üzərinə düşüb.

Pərvanə Tarverdiyeva bağça müəllimi olaraq çalışıb. Onun bir qızı, iki oğlu olub.

P.Tarverdiyeva və qızının fotosunu təqdim edirik:

***09:22

Qaradağ rayonunda ana və qızının yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılması nəticəsində ana vəfat edib. 

Globalinfo.az bildirir ki, hadisəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Onun sözlərinə görə, bəzi mənbələrdə bu, intihar kimi təqdim edilməsi çaşqınlıq yaradıb, həmin məlumat yanlışdır.

Xatırladaq ki, Sahil qəsəbəsində qeydə alınan hadisə zamanı aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yerə düşüb. Son anda qızını xilas etmək istəyən anası da müvazimətini itirərək onunla birlikdə yıxılıb. Nəticədə ana ölüb, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.