1c81793 e4e6ade opera 2023 10 12 103523 i.lb .ua

Amerikalıların yarıdan çoxu Ukraynaya yardımın əleyhinədir.

Globalinfo.az xəbər verir ki, bunu noyabrın 25-də nəticələri elan olunan CBS və YouGov-un sorğu məlumatları sübut edir.

Sorğunun nəticələrinə görə, ABŞ vətəndaşlarının 51 faizi Ukraynaya yardımın əleyhinədir

Öz növbəsində, respondentlərin 49 faizi davamlı dəstəyin tərəfdarı olduğunu bildirib.

Sorğu Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkilərdə qələbəsindən dərhal sonra keçirilib

Daha öncə ABŞ prezidenti Co Bayden dövlət katibi Entoni Blinkenə Kiyevə 35 milyon dollar məbləğində əlavə maliyyə yardımının verilməsinin zəruriliyi haqda bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: