346991033491446

“Qərb Zelenskinin dəyişdirilməsini fəal şəkildə müzakirə edir”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter deyib.

“Bilirsiniz ki, bu gün Zelenskinin potensial əvəzlənməsi ilə bağlı açıq müzakirələr gedir. Çünki o, Qərbin etimadını itirib”, – Ritter bildirib.

Amerikalı kəşfiyyatçı Ukraynanın Kursk vilayətinə hücumu haqda da danışıb.

“Kursk vilayətinə hücum avantürist qərar idi və sonda bu, Zelenskiyə qarşı yönəldi. Amma Ukrayna lideri hələ də uğursuzluğunu dərk etmir”, – deyə Ritter vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: