Amerikalı jurnalistdən Baydenə zərbə: Qadağaya məhəl qoymadı və Putindən…

Amerikalı jurnalist Taker Karlson Putinlə müsahibəsinin tam versiyasının redaktə edilmədən öz saytında dərc olunacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, jurnalist baxışa görə pul ödəməyə ehtiyac olmayacağını bildirib.

“Putinlə müsahibə TuckerCarlson.com saytında redaktə edilmədən yayımlanacaq və onu hər kəs izləyə biləcək.  Müsahibəyə baxmaq üçün heç bir xərc tələb olunmayacaq”.

Məlumat üçün bildirək ki, Karlson Rusiyaya ötən həftə sonu gəlib. Hələ 2023-cü ilin sentyabrında jurnalist Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən buna qadağa qoyulduğunu bildirirdi.

Rusiya Prezidentinin özü sonuncu dəfə 2021-ci ilin oktyabrında Qərb mətbuatının nümayəndəsinə müsahibə verib. Daha sonra “CNBC” telekanalının aparıcısı Hedley Gamble Rusiyada keçirilən Enerji Həftəsi ilə bağlı plenar iclas başa çatdıqdan sonra Putinlə danışa bilib.

Əliyar Xəlil
Globalinfo.az