Ukrayna Prezidenti Vladimir Zelenski tviter hesabında Prezident İlham Əliyevlə bağlı paylaşım edib. O, paylaşımda Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstək və göstərilən humanitar yardımlara görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, amerikalı siyasi analitik Maykl Doran Ukrayna liderinin sözügedən paylaşımına diqqət çəkib.
O, İslam İnqilabının 44-cü ildönümü ilə bağlı İranın təbrik üçün təşəkkür etdiyi ölkələr siyahısında Ermənistanın da olmasını xatırladıb. M.Doran siyahıda Türkiyə və Azərbaycanın olmaması, Ermənistanın yer almasını nəzərə çatdıraraq, rəsmi İrəvanı “Rusiyanın peyki”, “İranın müttəfiqi” adlandırıb.
Siyasi analitik kimin Ermənistana, kimin Azərbaycana təşəkkür etdiyinə diqqət yetirməyin vacib olduğunu bildirib.
Ayşən Mustafa
Globalinfo.az