AMEA bu müğənniyə 1500 manat verəcək – SƏBƏB / FOTO

amea 1

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elm Mərkəzi müğənni Cavad Rəcəbovla satınalma müqaviləsi bağlayıb.

Globalinfo.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, müqavilənin maliyyə dəyəri 1500 manatdır və ofis icarəsi ilə bağlıdır.

Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid elektron internet portalında keçirilməyib.

c408a214a5ed641c9cdcbc95eddb9011 Untitled 1

Cavad Rəcəbov tanınmış müğənnidir. O, uzun müddət Azərbaycan musiqçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri namizədi Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan Ulduzu” instrumental ansamblının solisti olub.