Altı yaşlı uşağın müəmmalı ölümü: Ailə həbs edildi, qaçan nənə tutuldu

Türkiyənin Əskişəhər şəhərində baxımsızlıq və pis rəftar nəticəsində öldüyü iddia edilən altı yaşlı uşağın qaçan nənəsi Cihangül Kurumlu tutulub.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elif Nur, Yiğit  və Metin adlı üç övlad valideyni olan Sibel və Gökhan Tiftik cütlüyü də həbs edilib.

Hadisənin təfərrüatı açıqlanıb. Belə ki, cütlük 12, 9 və 6 yaşlı övladlarını nənələri Cihangir Kurumlun yanında qoyublar. Dekabrın 14-də altı yaşlı Elif Nur evdə vəziyyəti pisləşib. Tənəffüs çatışmazlığı və qusma şikayətləri ilə təcili yardımla Əskişəhər Yunus Əmrə Dövlət Xəstəxanasına aparılan Elif Nur həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Elif Nurun ölümü ilə bağlı araşdırmalara başlanılıb. Vəfat edən uşağın valideynləri ilə yanaşı, onunla bir evdə olan dayısı Sezer T., xalası Dəniz T. də həbs edilib.

Həmən müddətdə nənə Cihangül Kurumlunun qaçıb gizləndiyi müəyyən edilib. Araşdırmalar nəticəsində tapılan qadın ilk ifadəsində ittihamları təkzib edib.

İttihamları qəbul etməyən və uşaqların bir-birini döydüyünü iddia edən nənə Cihangül Kurumlu Əskişəhər Polis Bölməsinə aparılıb.

Polis bölməsində ifadəsi alındıqdan sonra qadının məhkəməyə çıxarılacağı bildirilib.