ABŞ Prezidenti Donald Tramp israilli girovların azad edilməsinin yalnız HƏMAS-ın məhv edilməsindən sonra mümkün olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ rəhbəri “Truth” sosial şəbəkəsində yazıb.
“Qalan girovların qaytarılmasını yalnız HAMAS məhv edildikdən sonra görəcəyik. Bu nə qədər tez baş verərsə, girovların buraxılma şansı da bir o qədər çox olar. Unutmayın, İsrail üçün yüzlərlə girovun azad edilməsi üçün danışıqlar aparan və bunu təmin edən mən olmuşam. Cəmi altı ayda altı müharibəni bitirən də mən olmuşam. İranın nüvə obyektlərini məhv edən də həmçinin mən olmuşam. Qazanmaq üçün oynayın, ya da heç oynamayın”, – Tramp qeyd edib.