
Perunun Valyunaraq dağı ərazisində təlim keçən alpinist-xilasedicilər buzlağın altında qalmaqdan son anda xilas olublar.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Alpinistlərin təlim keçdikləri ərazidə iri bir buzlaq qəfil dağılmağa başlayıb. Buz parçaları nəhəng qaya kütlələrinə çevrilərək dağdan aşağı yuvarlanıb. Alpinistlər təhlükəni görərək son anda ərazidən uzaqlaşmağa nail olublar. Hadisə zamanı xəsarət alan olmayıb.
Mütəxəssislər bunun iqlim dəyişikliyi ilə bağlı ola biləcəyini istisna etmirlər. Yerli hakimiyyət orqanları isə hadisəni araşdırmağa başlayıb.
Aysel Əliyeva
Globalinfo.az