Almatıda nə baş verir? – Tokayevdən gözlənilməz qərar

 

1667643479.Kazakhstan President Kassym Jomart Tokayev January 2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar ayından Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışan Darxan Satıbaldı ölkənin ən böyük meqapolisi Almatı şəhərinin akimi (mer) təyin edib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Darxan Satıbaldı əvvəlki vəzifəsindən azad edilib.

Satıbaldıya qədər Almatı şəhərinin akimi vəzifəsini 2022-ci ilin yanvarından Yerbolat Dosayev tutub. O, Qazaxıstanda baş verən iğtişaşlardan sonra bu vəzifəyə təyin edilib, bu zaman şəhərdə bir sıra hökumət binaları yandırılıb və ölkədə fövqəladə vəziyyət elan olunub.

X X X

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərinin akimi (mer) Yerbolat Dosayevin tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qərarın səbəbləri açıqlanmayıb. Bu günlərdə Dosayev Baş nazir Oljas Bektenovu Almatıya səfərində müşayiət etmişdi.

Mayın 23-də Almatı Şəhər Şurasının saytında akimin təyinatına razılıq vermək üçün şənbə günü deputatların iclasının keçiriləcəyi barədə elan yayılmışdı.

İki milyon əhalisi olan Almatı Qazaxıstanın ən böyük şəhəridir.

Dosayev 2022-ci ilin yanvarından bu vəzifəni icra edirdi. Bundan əvvəl o, müxtəlif vaxtlarda Qazaxıstan Milli Bankının sədri, baş nazirin müavini, nazir olub.

“Tengrinews” xəbər portalının məlumatına görə, 2023-cü ildə Dosayevin istefası tələbi ilə onlayn petisiya keçirilib, onu 57 mindən çox insan imzalayıb. Amma Dosayevin özü sonra bildirib ki, şəhərdə 2,2 milyondan çox insan yaşayır.