Almatıda danışıqlarında diqqətçəkən məqam: İlk raundda nələr müzakirə edildi?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqların birinci raundu bitdi. Nazirlər və onların nümayəndə heyətləri bir çox məsələni müzakirə edib.

Danışıqların birinci raundunda nələr müzakirə edildi? Tərəflər hansı məsləri ikinci günə saxladı?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, bu gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların ikinci raundu davam etdirilir.

“Danışıqlarla bağlı detallı məlumat verilməsə də ümumi mənzərə ikitərəfli formatın yaxın bir neçə ay ərzində yekun razılaşmanın əldə edilməsi üçün davam etdiriləcəyini söyləməyə əsas verir.

Qeyd edim ki, xarici işlər nazirlərinin görüşü format olaraq, siyasi qərarların qəbul ediləcəyi bir platforma deyil və xarici siyasət idarələri rəhbərlərinin də belə səlahiyyətləri yoxdur. Onlar sadəcə yekun sənədin razılaşdırılması prosesində öz ölkələrinin mövqelərini ifadə edirlər.

Son iki ay ərzində cərəyan edən proseslər, həmçinin iki ölkə arasında birbaşa təmaslar yolu ilə əldə olunan nəticələr, proses ətrafında müsbət fon formalaşdırıb, eyni zamanda qismən də olsa etimad mühitinin formalaşmasına imkan verir”.

Turan Rzayev
Globalinfo.az