Almatı-Tbilisi reysi ilə uçan təyyarə Bakıya eniş etdi – SƏBƏB

“Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Airbus A321” təyyarəsi yerli vaxtı ilə saat 21:20-də Bakı hava limanına eniş edib.